Kiyevdə Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü başlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Məlumata görə, Ceyhun Bayramov və Andriy Sibiha arasında təkbətək görüş keçirilir.
***
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Ukraynaya səfəri davam edir.
Globalinfo.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Ceyhun Bayramov ukraynalı həmkarı Andriy Sibiha ilə birlikdə Kiyevdə Ukraynanın müharibədə həlak olmuş müdafiəçilərinin xatirə memorialını ziyarət edib.
***
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu Ukraynaya səfəri çərçivəsində Kiyevdə xarici işlər naziri Andriy Sıbiha qarşılayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd edək ki, səfər çərçivəsində Ceyhun Bayramovun Andriy Sıbiha ilə yanaşı, digər yüksək səviyyəli rəsmilərlə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulub.