Ermənistanın Baş naziri Nikol Paşinyan 2026-2031-ci illər üçün Hökumət Proqramının layihəsini müzakirə etmək üçün iclasa sədrlik edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Armenpress” məlumat yayıb. Xüsusilə, proqramın prioritetləri, müxtəlif sahələrdə gözlənilən hədəflər, planlaşdırılan fəaliyyətlər və digər məsələlər müzakirə edilib.
Müzakirə zamanı şöbə müdirləri təklif və şərhlərini bildiriblər.
Baş nazir layihənin mümkün qədər tez yekunlaşdırılmasını və hökumət tərəfindən təsdiqləndikdən sonra Milli Məclisə təqdim edilməsini tapşırıb.
Tahir Turan
Globalinfo.az