images 2

Fransanın daxili işlər naziri Loran Nünez iyulun sonunda İspaniyanın Seuta anklavında baş verən kütləvi miqrant axınından sonra Fransa–İspaniya sərhədinə əlavə 334 polis və jandarm yerləşdirildiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, nazirin bildirdiyinə görə, bu tədbir sərhəddə fəaliyyət göstərən təhlükəsizlik resurslarını 5 dəfə artırır.

Gücləndirilmiş nəzarətə təyyarə və pilotsuz uçuş aparatlarının cəlb edilməsi, həmçinin iki ölkə arasında hərəkət edən qatarlarda yoxlamaların sərtləşdirilməsi də daxildir.

 

Paylaş: