uk 1

Böyük Britaniya, Fransa, Almaniya və Rusiyanın keçmiş rəsmiləri iyul ayında Avstriyanın Vyana şəhərində Ukraynadakı münaqişənin həlli üçün danışıqların şərtlərini müzakirə etmək məqsədilə görüş keçiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

“Gizli görüşdə Böyük Britaniyanın keçmiş milli təhlükəsizlik müşaviri Tim Barrou, Almaniya Xarici İşlər Nazirliyinin keçmiş dövlət katibi və Avropa İttifaqının (Aİ) Rusiyadakı keçmiş səfiri Markus Ederer,  Aİ və Fransanın keçmiş yüksək vəzifəli diplomatı Pyer Vimont iştirak edib. Danışıqlar qrupuna hansı keçmiş Rusiya rəsmilərinin daxil olduğunu dəqiqləşdirməyib”, – deyə bildirilib.

Əliyar Xəlil
Globalinfo.az  

Paylaş: