Rusiyada məhkəmə azərbaycanlı bloger Hüseyn Həsənovu qiyabi olaraq 4 il müddətinə azadlıqdan məhrum edib.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
“Bloger həbs cəzası ilə yanaşı, 1 milyon rubl məbləğində cərimə ödəməlidir və 2 il müddətində internetdə hər hansı məzmun paylaşmaq hüququndan məhrum edilib.
Bundan əlavə, blogerin 46 milyon rubl dəyərində qiymətləndirilən “Moscow City”dəki mənzili də müsadirə edilib”, – deyə qeyd olunub.
Bildirilib ki, Hüseyn Həsənov fərdi sahibkar kimi fəaliyyət göstərdiyi dövrdə 170 milyon rubldan artıq məbləğdə verginin ödənilməsindən yayınıb.