“Hazırda ATƏT məkanında qeyri-sabit vəziyyət hökm sürür”.
Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İsveçrə Konfederasiyasının federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə Bakıda keçirilən brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu halda həm ATƏT-in, həm də üzvlərinin fəal əməkdaşlığı əsas şərtlərdəndir:
“Azərbaycan dövləti olaraq öz tərəfimizdən bütün bu prinsiplərə sadiqliyimizi ifadə edirik”.
C.Bayramov həmçinin əlavə edib ki, İsveçrənin ATƏT sədrliyinin prioritetləri zəngindir:
“Enerji və rəqəmsal təhlükəsizlik bu prioritetlərdəndir. Hesab edirik ki, bütün bunlar insanların həyat rifahının yaxşılaşdırılması üçün önəmlidir və buna dəstəyimizi ifadə edirik”.