Rusiyadan Türkiyəyə uçan təyyarə gecikib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Ostorojno, Novosti” Telegram kanalı məlumat yayıb.
“Moskvanın “Vnukovo” hava limanında “Turkish Airlines”ın Bodruma uçmalı olan reysi texniki nasazlıq səbəbindən gecikib. 100-dən çox sərnişin təxminən bir sutka hava limanında qalıb.
Məlumata görə, “TK3155” reysi avqustun 3-də saat 02:55-də havaya qalxmalı idi. Sərnişinlər təyyarəyə mindirilsələr də, onları saat 04:00-a qədər salonda saxlayıblar. Daha sonra texniki nasazlıq aşkarlanıb və sərnişinlər yenidən hava limanına qaytarılıb. Onlara hotel ayrılıb.
Reys əvvəlcə saat 18:00-a, sonra isə 22:00-a təxirə salınıb. Nəticədə təyyarə yalnız avqustun 4-də saat 02:44-də Bodruma yola düşə bilib”, – deyə qeyd olunub.
Əliyar Xəlil
Globalinfo.az