Avropa İttifaqının (Aİ) dörd üzv ölkəsi miqrantlara görə İspaniya hökumətini tənqid edən birgə məktubu imzalamaqdan imtina edib.
Globalinfo.az xəbər verir ki, bunlar İrlandiya, Fransa, Portuqaliya və Lüksemburq olub.
“Avqustun 4-də Aİ-yə üzv 27 ölkənin daxili işlər nazirləri Seutadakı miqrasiya böhranını müzakirə etmək üçün fövqəladə iclas keçirəcəklər.
Görüşdə Madridə dəstək ifadə olunacaq və oxşar hadisələrin gələcəkdə təkrarlanmaması üçün görüləcək tədbirlər müzakirə ediləcək”, – deyə xarici mediada yazılıb.
Xatırladaq ki, avqustun 1-də Aİ-nin 22 üzv ölkəsinin lideri İspaniyanın Baş naziri Pedro Sançesin miqrasiya siyasətini tənqid edən birgə məktub hazırlamışdı.
Əliyar Xəlil
Globalinfo.az