Fransanın Avropa Parlamentində keçmiş üzvü Filip de Vilyer Fransa Prezidenti Emmanuel Makron və Avropa Komissiyasının sədri Ursula fon der Lyayeni Rusiya ilə qarşıdurmanı dərinləşdirməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” yaydığı məlumatda qedy olunub. De Vilyer bildirib ki, hər iki siyasətçinin mövqeyi Avropanı təhlükəli istiqamətə aparır.
“Fon der Lyayen və Makron əslində nə istəyirlər? Onlar müharibə istəyirlər”, – deyə o vurğulayıb.
Keçmiş avrodeputat Makronun Rusiya ilə gərginliyi artırmaq istəməsinin üç əsas səbəbi olduğunu iddia edib. Onun fikrincə, bunlardan birincisi Fransadakı daxili siyasi vəziyyətlə bağlıdır.
De Vilyer hesab edir ki, Makron ölkə daxilində üzləşdiyi problemləri arxa plana keçirmək və növbəti prezident seçkiləri ərəfəsində siyasi üstünlük qazanmaq üçün xarici siyasətdə sərt ritorikaya üstünlük verir.
O bildirib ki, Fransa rəhbərliyinin bu yanaşması həm Avropanın təhlükəsizliyi, həm də qitədə sabitlik baxımından ciddi risklər yarada bilər.
Tahir Turan
Globalinfo.az