ed1w iDi0kyD6ypThCuKj52y2SbRNaF1Tky s 6NwmFXCgsGmMMvXfGKWybRgCPW95YOJRCte5kgO4XBApRNRHNKEX9xP5sF9fvwgGZGHQU h5AK1hc7wrH2BlKQPsdDeO oH6gVNGinAr47xUJYyrZzksoV3jlcI6iSr7dQEd NP9WCF OmZ9ILfdS6lcu

Hindistanın Assam ştatında aramsız yağan musson yağışlarının səbəb olduğu daşqın ağır nəticələrə yol açıb.

Globalinfo.az xəbər verir ki, “The Times of India” nəşrinin Assam Ştatının Fəlakətlərin İdarə Edilməsi İdarəsinə istinadən yaydığı məlumata görə, təbii fəlakət nəticəsində həyatını itirənlərin sayı 85 nəfərə yüksəlib.

Daşqından 300 mindən çox sakin zərər çəkib. Sel suları 349 yaşayış məntəqəsini su altında qoyub, 15,4 min hektar kənd təsərrüfatı sahəsini yararsız vəziyyətə salıb.

Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xilasetmə əməliyyatlarına Hindistan ordusu və Hərbi Hava Qüvvələrinin bölmələri də cəlb edilib. Hazırda təhlükəli ərazilərdən insanların təxliyəsi və zərərçəkənlərə humanitar yardımın çatdırılması istiqamətində işlər davam etdirilir.

Paylaş: