Milyarder Corc Soros 2026-cı ildə ABŞ Demokrat Partiyasına maliyyə dəstəyi göstərməyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Nəşr yazır ki, 2022-ci il seçkiləri zamanı Demokratları maliyyə baxımından dəstəkləyən bir sıra iri donorlar qarşıdakı noyabr seçkiləri ərəfəsində ianələrdən çəkiniblər:
“Soros və onun oğlu dörd il əvvəl Demokratlara təxminən 1 milyon dollar yardım etsələr də, 2026-cı ildə ABŞ Prezidenti Donald Trampın siyasi rəqibləri onlardan heç bir maliyyə dəstəyi almayıblar. “Linkedin” platformasının həmtəsisçisi Rid Hoffman da Demokrat Partiyasına dəstək verməyən donorlar sırasında yer alıb. Bundan əlavə, digər böyük maliyyə dəstəkçilərinin də bu seçki dövründə ianə ayırmaqdan uzaq durduğu bildirilir”.
Safura Bənnayeva
Globalinfo.az