Nazarbayevin qardaşı oğlu 6 il azadlıqdan məhrum edildi

Qazaxıstanda məhkəmə sabiq prezident Nursultan Nazarbayevin qardaşı oğlunu mənimsəmə işi üzrə 6 il azadlıqdan məhrum edib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə bu barədə “Zakon.kz” portalı məlumat yayıb.

“Kairat Satıbaldıulı 6 il müddətinə azadlıqdan məhrum edilib”, – deyə məlumatda deyilir.

Qeyd edək ki, Qazaxıstanın Korrupsiyaya Qarşı Mübarizə Xidməti martın 13-də K. Satıbaldıulunu vəzifə səlahiyyətlərindən sui-istifadə və “Kazaktelekom” SC-nin vəsaitlərini mənimsəmək ittihamı ilə saxlayıb.

Martın 17-də isə onun keçmiş arvadına qarşı quldurluq yolu ilə biznesi ələ keçirmə faktı ilə bağlı araşdırmalara başlanılıb.