rubin

Ermənistan parlamentinin yeni sədri Ruben Rubinyanın Türkiyə ilə bağlı çıxışı gündəm olub.

Globalinfo.az xəbər verir ki, o, ölkəyə səfərindən və türk mətbəxindən danışıb.

Rubinyan bildirib ki, Türkiyədə olduğu müddətdə Adana kababını dadıb və bu yeməyi çox bəyənib.

“Türkiyədə kabab yedim, Adana kababı. Çox xoşuma gəldi, dadı möhtəşəm idi. İsgəndər kababı da həmçinin elədir, yanında sous gələndə dadlı olur. Ümumiyyətlə, ləzzətli yemək üçün Türkiyəyə tez-tez gedirəm”, – deyə o deyib.

Qeyd edək ki, Rubinyanın Türkiyə ilə bağlı bu açıqlamaları Ermənistan parlamentində müzakirələr zamanı səslənib və yerli, eləcə də Türkiyə mediasında geniş diqqət çəkib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: