Braziliyada “Centro Sportivo Alagoano” klubunun 15 yaşlı futbolçusu güllələnərək öldürülüb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Globo Esporte” məlumat yayıb.
Hadisə Maseyo şəhərində keçirilən yoldaşlıq oyunu zamanı baş verib.
Məlumata görə, yeniyetmə silahlı hücum zamanı yaralanaraq xəstəxanaya çatdırılıb.
Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Atışma nəticəsində daha bir neçə nəfər də xəsarət alıb.
Polis hadisənin əsas versiyası kimi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar qruplaşmaların hücumda iştirakını araşdırır.
İlkin istintaqın nəticələrinə əsasən, futbolçunun səhvən qətlə yetirildiyi ehtimal olunur.
Əliyar Xəlil
Globalinfo.az