İran hakimiyyətində ABŞ-la müharibə və ya diplomatik razılaşma məsələsində fikir ayrılıqları dərinləşir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) məlumat yayıb.
Bildirilir ki, ölkənin yeni dini lideri Müctəba Xameneinin bu məsələdə hansı mövqedə olduğu hələ də aydın deyil.
Agentliyin iddiasına görə, hakimiyyət daxilindəki qruplardan biri ABŞ ilə istənilən danışıqlara qarşı çıxır və müharibənin “tam qələbə” ilə başa çatmasını müdafiə edir. Bu düşərgəyə Səid Cəlilinin rəhbərlik etdiyi radikal “Sabitlik Cəbhəsi”nin daxil olduğu bildirilir.
Tahir Turan
Globalinfo.az