dBxEPPixfRngZ37Nl7VDonsCrERswUojfsdAdMfC 1200 2

Konqo Demokratik Respublikasında “Ebola” virusuna yoluxanların sayı 3605-ə çatıb. Onlardan 1587 nəfəri həyatını itirib.

Globalinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bildirilib ki, statistik göstəricilər iyulun 30-na olan vəziyyəti əks etdirir.

ÜST-nin məlumatına görə, ölkədə virusun yayıldığı ərazilərin coğrafiyası genişlənməkdə davam edir. Təşkilat bunu Konqo Demokratik Respublikasının tarixində qeydə alınmış ən iri “Ebola” epidemiyası kimi qiymətləndirib.

Mütəxəssislər xəstəliyin yayılmasının qarşısının alınması üçün nəzarət tədbirlərinin gücləndirildiyini bildirirlər.

Paylaş: