hormuz 900x506 1

İran tərəfindən yaradılan Fars körfəzi Su Yollarının İdarəolunması Təşkilatı (PGSA) Hörmüz boğazından gəmi hərəkətinin tam dayandırıldığını elan edib.

Globalinfo.az-ın xəbərinə görə, qurumun açıqlamasında bildirilib ki, buna səbəb regionda ABŞ Silahlı Qüvvələrinin davam edən aqressiv fəaliyyətidir.

“Çoxsaylı müraciətlərlə bağlı bildiririk ki, hazırda Hörmüz boğazından keçid bağlanıb”, – deyə açıqlamada qeyd olunub.

Məlumata görə, bütün müraciətlər növbə əsasında nəzərdən keçiriləcək. Keçid üçün icazələrin isə sabitlik və sakitlik təmin olunduqdan sonra mərhələli şəkildə veriləcəyi bildirilib.

Əliyar Xəlil

Globalinfo.az 

Paylaş: