MHM0132792 thumb

Ermənistan Dəmir Yolları” 2008-ci il fevralın 13-də – prezident seçkilərindən altı gün əvvəl “Rusiya Dəmir Yolları”nın idarəçiliyinə verilib”.

Globalinfo.az Teleqraf -a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı, politoloq Vahram Atanesyan deyib.

Politoloq bildirib ki, müvafiq razılaşma o vaxtkı prezident Robert Köçəryanın hakimiyyəti yaxın silahdaşı Serj Sərkisyana ötürülməsinə Rusiyanın razılığını almaqla bağlı olub:

“Təkcə bu fakt həmin sazişi hakimiyyətin ötürülməsi məsələsinə loyallıq müqabilində ölkənin milli mülkiyyətinin və onun idarəçiliyi üzrə suveren hüququnun başqa dövlətə – Rusiya Federasiyasına verilməsi kimi qiymətləndirmək üçün kifayətdir.

Üstəlik, bu, (keçmiş) Qarabağ münaqişəsinin mərhələli həlli variantının rədd edilməsindən və Levon Ter-Petrosyanın istefasından düz on il sonra baş verdi. Dəmir yolunun idarəçiliyini Rusiyaya verməklə İrəvan Bakıya və beynəlxalq ictimaiyyətə Qarabağ münaqişəsinin həll olunmayacağı barədə açıq siqnal göndərdi.

Təsadüfi deyil ki, artıq Serj Sərkisyanın prezidentliyi dövründə dəmir yolunun Mehri hissəsi söküldü. Bu, Ermənistanın “regionun kor bağırsağı”na çevrilməsi ilə bağlı mesaj idi. “Kor bağırsaq” isə müəyyən şəraitdə iltihablana və çıxarıla bilər. 44 günlük müharibə də bu baş verdi”.

Xatırladaq ki, Nikol Paşinyan iyulun 30-da növbəti dəfə Ermənistan dəmir yollarının idarəçiliyinin Rusiyadan alınması ilə bağlı açıqlama verib. Baş nazir bəyan edib ki, Rusiya ilə bu məsələ dostluq şəraitində həll edilməsə, arbitraj məhkəməsinə müraciət edəcəklər.

Həmçinin Nikol Paşinyan bu ilin fevralında Rusiya və Ermənistanla dost münasibətləri olan bir ölkənin ölkənin dəmir yollarının güzəştli idarəetmə hüquqlarını ala biləcəyini açıqlayıb. Ermənistan hökumət başçısı AzərbaycanTürkiyə ilə dəmir yollarının bərpası üçün bunun önəmli olduğunu bildirib.

Paylaş: