Fidan 4 kəndin Azərbaycana qaytarılmasına belə REAKSİYA VERDİ

“Azərbaycan Qarabağ 30 ilə yaxın davam edən işğalına son qoymaqla regionda davamlı sülhə yol açdı”.

Globalinfo.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

O, Türkiyənin Azərbaycanı tam dəstəklədiyini bildirib.

Fidan Ermənistan tərəfindən işğal edilən 4 kəndin Azərbaycana geri qaytarılmasına münasibət bildirib:

“Bu, müsbət addımdır. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyanın  Almatıda danışıqlar aparması da təqdirəlayiqdir. Biz, bu məsələlərdə Azərbaycanı tam dəstəkləyirik. Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması təkcə iki ölkə üçün deyil, bütün regiona müsbət nəticələr verəcək”, – Fidan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az