32 yaşlı amerikalı Rassel Valentayn Böyük Britaniyaya köçdükdən sonra heç bir xüsusi səy göstərmədən arıqladığını bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Creatorzine” məlumat yayıb.
Valentaynın sözlərinə görə, ABŞ-da artıq çəki problemi yaşayırdı:
“Yatarkən nəfəs almaqda çətinlik çəkir, pilləkənlərlə qalxa bilmir və özünü daim halsız hiss edirdi. Vəziyyəti onun qida bloqçusu kimi işləməsi də çətinləşdirirdi. O, tez-tez tənqid olunurdu: “Mənə deyirdilər ki, yemək videoları çəkməkdənsə, idman zalına gedim”.
Ağır məşqlər və ciddi pəhrizlər Valentayna kömək etməyib. Problemi yalnız Böyük Britaniyaya köçdükdən sonra həll olunub. Onun sözlərinə görə, yeni ölkədə çəkisinin tədricən azaldığını hiss edib və nəticədə 57 kiloqram arıqlayıb”.
Valentayn hesab edir ki, bunun əsas səbəbi Britaniya qidalarıdır:
“Onun fikrincə, bu ölkədə qidalarda konservantlar və əlavə şəkər daha azdır, həmçinin iştahı artıran maddələrdən daha az istifadə olunur. “Burada məhsulların üzərində daha aydın məlumatlar yazılır və porsiyalar da Amerika porsiyaları qədər böyük deyil”, – deyə o bildirib.
Bundan əlavə, Valentayn Böyük Britaniyada daha çox piyada gəzməyə başlayıb.
Hazırda gündə ən azı 12 min addım atır.
“Bura köçməyim, heç mübaliğəsiz, həyatımı xilas etdi”, – deyə bloqçu bildirib.
Qeyd edək ki, daha əvvəl Böyük Britaniyada yaşayan Ceyms Neşin iki il ərzində 70 kiloqram arıqladığı bildirilmişdi. O, bunun üçün qidalanmasını dəyişib və mütəmadi olaraq futbol oynamağa başlayıb.
Əliyar Xəlil
Globalinfo.az