Pasinyan gulus 2

“Mən dəfələrlə hazırda Bakıda həbsdə olan ermənilərlə bağlı məsələyə toxunmuşam”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Baş nazir Nikol Paşinyan jurnalistlərin sualına cavabında deyib.

“Dövlət qurumlarımız əvvəlcə məlumatları dəqiqləşdirmək və harada yardım göstərməyin mümkün olduğunu müəyyən etmək üçün çalışırlar. Həmçinin məsuliyyətlə demək istəyirəm ki, bu məsələnin həlli üçün daimi əsasda işlər görülür. Əvvəlki təcrübəmiz göstərir ki, iş sakit və məxfi şəkildə aparıldıqda az-çox təsirli olur, bu da hazırda davam edir”, – Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan ərazilərində çoxsaylı hərbi cinayətlər törətmiş Arkadi Qukasyan, Araik Arutyunyan, Bako Saakyan, Levon Mnatsakanyan, David Babayan və digər separatçılar hazırda Bakıda həbsdədir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: