1750252633 abs ordusu 5 640x403 1

İordaniyadakı bazada xidmət edən bəzi Amerika hərbçilərinin telefonları yaxın günlərdə müsadirə oluna bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşr yazır ki, əsgərlərin İranın bazaya hücum görüntülərini çəkməsi və yayması Tehrana üstünlük qazandırır.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper bildirib ki , İran hərbçilərin mobil telefonlarından alınan reaksiyalara, fotolara və videolara istinad edən jurnalistlərin xəbərlərini və ya onlayn nəşrlərini izləməklə zərbələrinin uğurunu və ya uğursuzluğunu demək olar ki, real vaxt rejimində izləmək qabiliyyətindən faydalanır.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: