rusiya

ABŞ Konqresində Rusiyaya qarşı yeni sanksiyalar paketinin qəbulu ətrafında ciddi fikir ayrılığı yaranıb.

Globalinfo.az xəbər verir ki, məlumata görə, Demokratlar Partiyasının çoxsaylı üzvləri qanun layihəsinin hazırkı variantını dəstəkləməyə hazır deyil.

Bildirilir ki, mübahisələrin əsas səbəbi ABŞ Prezidenti Donald Trampa digər ölkələrə qarşı 100 faizlik tariflər tətbiq etmək səlahiyyətinin verilməsini nəzərdə tutan müddəadır.

Bir sıra demokrat konqresmenlər hesab edirlər ki, bu addım prezidentin ticarət siyasəti sahəsində səlahiyyətlərini həddindən artıq genişləndirə bilər.

Demokrat senator Cin Şahin bildirib ki, qanun layihəsinin bütün mümkün nəticələri və riskləri diqqətlə qiymətləndirilməlidir. Bu səbəbdən sənədin Konqresdə qəbul olunması ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.

Tahir Turan

Globalinfo.az

Paylaş: