Ukrayna Prezidenti Volodimir Zelenski Fransada baş verən meşə yanğınlarının söndürülməsinə kömək etməyə hazır olduqlarını bəyan edib.
Globalinfo.az xəbər verir ki, o, bu barədə Fransa Prezidenti Emmanuel Makronla telefon danışığından sonra bildirib.
“Emmanuel Fransadakı genişmiqyaslı yanğınlar barədə danışdı. Ukrayna həmişə bizə kömək edənlərə dəstək verməyə hazırdır. Fransaya lazımi yardımı təklif etdim. Bizim mütəxəssislərimiz yanğınların söndürülməsində iştirak edə bilərlər”, – deyə Zelenski bildirib.
Xatırladaq ki, Fransanın cənubunda baş verən meşə yanğınları səbəbindən minlərlə insan təhlükəsizlik məqsədilə təxliyə olunub.
Əliyar Xəlil
Globalinfo.az