nvgyfig 1785320120409

İran ABŞ qarşısında müdafiəsini bərpa etmək üçün Çindən 400-ə yaxın hava hücumundan müdafiə sistemi alacaq. 

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Nəşr yazır ki, ilk partiyanın bir neçə həftə ərzində İrana çatdırılması nəzərdə tutulur. Məlumata görə, Tehran bunun üçün Pekinə 60-70 milyon dollar ödəyib.

Bildirilir ki, müqavilə Çin istehsalı olan QW-12 və FN-16 raketləri də daxil olmaqla 300-400 daşına bilən hava hücumundan müdafiə sisteminin (MANPADS) alınmasını nəzərdə tutur.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: