Ukrayna Rusiya ilə bağlı İsrailə çağırış edib.
Globalinfo.az xəbər verir ki, Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk İsrailin mədəniyyət və idman naziri Miki Zoharla keçirdiyi görüşdə ölkədə təşkil olunan idman yarışları zamanı Rusiyanın dövlət rəmzlərinin istifadəsinin qadağan edilməsinin vacibliyini vurğulayıb.
O, beynəlxalq təşkilatların rusiyalı idmançıların yarışlara buraxılması ilə bağlı qərarlarından narazı olduğunu deyib.
Qeyd edək ki, iyulun 7-də Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rusiya Olimpiya Komitəsinin (ROK) fəaliyyətinin dayandırılması ilə bağlı qərarı müvəqqəti ləğv edib və beynəlxalq federasiyalara rusiyalı idmançılarla bağlı əvvəlki məhdudiyyət tövsiyələrini qüvvədən düşmüş hesab etməyi tövsiyə edib.
Bununla belə, bəzi federasiyalar rusiyalı idmançılarla bağlı mövqelərinin dəyişməyəcəyini açıqlayıblar.
Əliyar Xəlil
Globalinfo.az