“Mən sentyabr ayında mütləq şəkildə Nyu-Yorka səfər edəcəm, ora getməliyəm”.
Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.
“Bəzi Nyu-Yorkluları digərləri ilə qarşı-qarşıya qoyan nifrət təbliğ edən seçilmiş məmura həqiqəti deyəcəyəm”, – Netanyahu bildirib.
Qeyd edək ki, bundan əvvəl Nyu-Yorkun ilk müsəlman meri Zöhran Mamdani Benyamin Netanyahunun həbsi üçün çağırış etmişdi.
Əliyar Xəlil
Globalinfo.az