Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Böyük Britaniyanın yeni Baş naziri Endi Bernem ilə görüşüb.
Globalinfo.az xəbər verir ki, bu barədə Zelenski özünün teleqram hesabında paylaşım edib.
Bildirib ki, görüşdə Ukraynanın hava və dəniz təhlükəsizliyi, həmçinin birgə müdafiə sənayesi layihələri müzakirə olunub.
Zelenski Böyük Britaniyanın Ukrayna pilotsuz uçuş aparatlarının qorunması üçün radioelektron mübarizə (REB) texnologiyalarını təqdim etmək qərarını yüksək qiymətləndirərək bunun döyüş meydanında mühüm əhəmiyyət daşıyacağını vurğulayıb.
O əlavə edib ki, tərəflər dronlar və digər müdafiə texnologiyaları sahəsində əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Ukrayna lideri görüş zamanı Endi Bernemi Ukraynaya rəsmi səfərə dəvət etdiyini də bildirib.
Aysel Əliyeva
Globalinfo.az