Emin Huseynov 12

Xəbər verdiyimiz kimi, İsveçrədə sığınacaq almış Emin Hüseynovun daşnak Ovsep Xurşudyanla birgə layihəyə başlaması müzakirələrə səbəb olub. Onun ermənilərlə ortaq fəaliyyət göstərməsi və Birləşmiş Millətlər Təşkilatının (BMT) tanıdığı Azərbaycan əraziləri ilə bağlı mübahisəli mövqeləri informasiya müharibəsi kontekstində yenidən gündəmə gəlib.

Globalinfo.az-a danışan deputat Aydın Hüseynov deyib ki, BMT-nin beynəlxalq hüquq çərçivəsində tanıdığı Azərbaycan ərazisi və ölkənin suverenliyi ilə bağlı hər hansı əks fikir səsləndirmək, bunu mübahisələndirmək və ya şübhə altına almaq, kimliyindən asılı olmayaraq, xəyanət kimi qiymətləndirilməlidir:

“Bu, Azərbaycan dövlətinə, xalqına, milli qürurumuza və ali məqsədlərimizə qarşı yönəlmiş addımdır. Xüsusilə Azərbaycan çörəyi yeyib, bu torpaqda böyüyən insanlar belə əməllərə yol verdikcə daha ağır qiymətləndirilməlidir. Görünür, Emin Hüseynov da bu sıradadır”.

aydin huseynov esas

Aydın Hüseynov

Deputat bildirib ki, Emin Hüseynovun ermənilərlə və digər şəxslərlə birlikdə Azərbaycan ərazisi ilə bağlı bu cür fikirlər səsləndirməsi hər bir azərbaycanlının hiddətinə səbəb olur:

“Çünki şəhidlərimizin qanı bahasına bütövləşən Azərbaycan ərazisi ilə bağlı əks mövqe tutmaq birbaşa xalqımızın milli maraqlarına ziddir. Milli xəyanətin ən ağır forması isə Vətənin suverenliyinə qarşı hər hansı mərkəzlə əməkdaşlıq etməkdir. Görünən odur ki, Emin Hüseynovun fəaliyyəti də məhz bunu göstərir”.

Qeyd edək ki, Emin Hüseynov daşnak Ovsep Xurşudyanla ortaq layihəyə başlayıb. Layihənin ilk qonağı isə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını inkar edən təxribatçı David Stepanyan olub. E.Hüseynov ermənilərlə birlikdə Azərbaycanda demokratiyanın olmadığını iddia edib. Paralel olaraq isə Ermənistanda demokratiyanın inkişafından danışıb, bu ölkədə seçkilərin nümunəvi şəkildə keçirildiyini, demokratiyanın  çiçəkləndiyini və siyasi məhbusların olmadığını deyib.

Ləman İmran
Globalinfo.az

Paylaş: