“İran və Şimali Koreya Ukraynaya hücum edəcək”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində deyib.
“Ehtiyatlı olmalıyıq. Yeni cəbhə açmamaq üçün hər şeyi etməliyik, amma dürüst olmalıyıq. İranlılar və Şimali Koreyalılar daha əvvəl bizə hücum ediblər”, – deyə o bildirib.
Zelenski vurğulayıb ki, Tehran Rusiyanın “Geranium-5″ dronlarının istehsalını təchiz etməklə artıq Ukraynaya hücum etmiş sayılır.
Qeyd edək ki, iyunun 25-də Ukrayna Xəzərdə İran gəmisini vurub, hadisə nəticəsində bir nəfər ölüb. İran Xarici İşlər Nazirliyi Ukraynanın Xəzər dənizində ticarət gəmisinə hücumundan sonra ölkənin qisas almaq hüququnu özündə saxladığını bəyan edib.
Əliyar Xəlil
Globalinfo.az