zelenski9 900x600 1

Ukraynanın Rusiya ordusunun ballistik raket hücumlarından müdafiə olunması üçün kifayət qədər raketi yoxdur.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Sky News”a müsahibəsində deyib.

O qeyd edib ki, hazırda əsas diqqət ABŞ və digər müttəfiqlərlə sursat tədarükünün davam etdirilməsi, eləcə də Rusiyaya qarşı təzyiqlərin artırılması istiqamətində aparılan danışıqlara yönəlib.

Zelenskinin sözlərinə görə, Rusiya getdikcə daha çox ballistik raketdən istifadə etdiyi üçün hava hücumundan müdafiə (HHM) sistemləri Ukrayna üçün prioritet olaraq qalır:

“Özümüzü qorumaq üçün raketlər çatışmır. Bu, ciddi problemdir. Rusiyanın hərbi sənayesinə qarşı tətbiq edilən sanksiyalar yetərli deyil. Onlar ballistik raket istehsalını artırmağa davam edə bilirlər. Buna görə də hava hücumundan müdafiə vasitələrinə mümkün qədər tez ehtiyacımız var”.

Ukrayna lideri bildirib ki, problemin kökündə Yaxın Şərqdəki münaqişə dayanır.

Onun sözlərinə görə, həmin regionda baş verən hadisələr Ukraynanın müdafiə imkanlarına da mənfi təsir göstərib.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: