1784659430 749354808 3035243510200552 3539650244593555799 n 16

Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Globalinfo.az APA-ya istinadla xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, tərəflər Ermənistan-Fransa strateji tərəfdaşlığının gündəliyində duran məsələləri müzakirə edib, ikitərəfli münasibətlərin ardıcıl inkişafı və əməkdaşlığın genişləndirilməsi ilə bağlı qarşılıqlı iradələrini təsdiqləyiblər.

Nikol Paşinyan ikitərəfli ticarət-iqtisadi əməkdaşlığın dərinləşdirilməsinin və Ermənistandan ixrac imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.

Telefon danışığı zamanı Ermənistan-Avropa İttifaqı tərəfdaşlığının dərinləşdirilməsi, eləcə də regional və beynəlxalq gündəmdəki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər Ermənistan-Azərbaycan sülh prosesini də müzakirə ediblər. Paşinyan və Makron Cənubi Qafqazda davamlı və uzunmüddətli sülhün bərqərar olmasının vacibliyini vurğulayıblar.

Paylaş: