Müğənni Nadir Qafarzadənin səhnə çıxışından yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda ifa zamanı bir xanımın müğənni önündə rəqs etməsi birmənalı qarşılanmayıb. Müzakirələrin əsas səbəbi isə sənətçinin bir müddət əvvəl Bakıda “çılğın dondurmaçı” kimi tanınan şəxsin qarşısında rəqs edən xanımları sərt tənqid etməsi ilə hazırkı görüntülər arasında ziddiyyətin olduğu iddiasıdır.
Məsələ ilə bağlı Globalinfo.az müğənninin mövqeyini öyrənmək üçün onunla əlaqə saxlayıb.
Nadir Qafarzadə səhnədə bu kimi halların baş verməsinin normal olduğunu deyib:
“Konsertdəyəm və orada rəqs normaldır. Mən də əcəb edirəm, o xanım da əcəb edir. Dondurmaçı deyiləm, artistəm, səhnə adamıyam. O qadın isə dondurmaçının deyil, artistin qarşısında rəqs edib. Rəqsi səhnədə edərlər də! Konsertdə kim necə istəyir, elə də rəqs etsin, lap dama çıxsın. Mənim nəyimə lazım?! Dondurmaçı ilə artisti ayıra bilməyən adamlara sözüm yoxdur”.
Zaira Akifqızı
Globalinfo.az
