pen

Pentaqon İranın zərbələri nəticəsində yaralanan amerikalı hərbçilərlə bağlı məlumatı gizlədib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti yazıb.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) məlumatına görə, bir hərbçi itkin düşmüş hesab olunur, dörd nəfər xəstəxanaya yerləşdirilib, bir neçə nəfər yüngül xəsarət alıb, dördüncü zərbə dalğası zamanı isə iki hərbçi həlak olub.

Bundan əlavə, ötən həftə baş verən əvvəlki üç zərbə dalğası zamanı da onlarla ABŞ hərbçisinin yaralandığı bildirilir. Lakin Pentaqon bu faktları da açıqlamayıb”, – deyə nəşr bildirib.

Qeyd edək ki, iyulun 20-də ABŞ ordusu İrana qarşı doqquzuncu hava zərbələri seriyasını başa çatdırıb.

CENTCOM-un məlumatına əsasən, hücumlar İranın hərbi komanda mərkəzləri, hava hücumundan müdafiə və sahil müşahidə obyektləri, dəniz infrastrukturu, raket və pilotsuz uçuş aparatlarının buraxılış meydançaları, eləcə də rabitə şəbəkələrinə yönəlib.

ABŞ tərəfi bu əməliyyatların məqsədinin İranın Hörmüz boğazında ticarət gəmiləri və mülki dənizçilər üçün yaratdığı təhlükəni zəiflətmək olduğunu bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: