WhatsApp Image 2026 07 09 at 21.49.07

İran qərb istiqamətində hərbi hazırlığını gücləndirir. Məlumatlara görə, Tehran artan gərginlik fonunda İraq Kürdüstanı ilə sərhədə minlərlə xüsusi təyinatlı hərbçi yerləşdirib.

Globalinfo.az xəbər verir ki, bu barədə “İranlı jurnalistin gündəliyi” adlı Teleqram kanalı məlumat yayıb.

İranlı səhra komandiri bildirib ki, əgər ABŞ və İsrailin dəstəklədiyi kürd silahlı qrupları ölkənin suverenliyini pozmağa cəhd etsə, Tehran yalnız onları geri çəkilməyə məcbur etməklə kifayətlənməyəcək.

“Biz onları yalnız geri oturtmayacağıq, həm də sərhəd boyunca bir neçə kilometr dərinliyində təhlükəsizlik zonası yaradacağıq”, — deyə həmin komandir vurğulayıb.

Qeyd edək ki, İran ilə İraq Kürdüstanında fəaliyyət göstərən kürd silahlı qrupları arasında gərginlik əvvəllər də mövcud olub.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: