İranın Buşehr vilayətində yerləşən atom elektrik stansiyasının yaxınlığındakı ərazilər ABŞ-ın hücumuna məruz qalıb.
Globalinfo.az xəbər verir ki, bu barədə vilayət qubernatorunun müavini Ehsan Cahaniyan məlumat verib.
O bildirib ki, zərbələr nəticəsində Buşehr vilayətində bir neçə obyekt, o cümlədən AES-in ətrafındakı sahələr vurulub.
Xatırladaq ki, daha əvvəl ABŞ qüvvələrinin İranı Rusiya və Çin istiqaməti ilə birləşdirən Ak-Təki-Xan dəmir yolu körpüsünə də qanadlı raketlərlə hücum etdiyi bildirilmişdi.
***13:53
İranın Buşehr vilayətində partlayış səsləri eşidilib.
Globalinfo.az bildirir ki, bu barədə “Mehr” məlumat yayıb.
Təfərrüatların daha sonra açıqlanacağı qeyd olunub.
Safura Bənnayeva
Globalinfo.az