
Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiya layihəsinin ilin sonuna qədər ictimaiyyətə təqdim ediləcəyini deyib.
Globalinfo.az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında sənədin niyə daha əvvəl yayımlanmadığına da aydınlıq gətirib.
Paşinyanın sözlərinə görə, növbədənkənar parlament seçkilərinin keçirilməsi layihənin təqdimat prosesinə təsir edib:
“Sənədlə bağlı geniş ictimai müzakirələrin təşkili üçün təqdimat müddətinin dəyişdirilməsi qərara alınıb”.
Safura Bənnayeva
Globalinfo.az