tty

NATO sammitində iştirak etmək üçün Ankarada səfərdə olan Fransa Prezidenti Emmanuel Makron günə səhər qaçışı ilə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Fransa lideri öz komandası ilə birlikdə İran prospektindən hərəkətə başlayaraq Seğmenler parkına qədər qaçış edib və burada səhər məşqini tamamlayıb.

Makronun idman etdiyi ərazi və parkın ətrafında təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə təşkil olunub. Parka və ətraf hissələrə vətəndaşların girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Məşqini başa vuran Fransa prezidenti parkı tərk edərək NATO sammitinin rəsmi proqramında iştirak etmək üçün tədbir məkanına yollanıb.

Emmanuel Makrondan Ankarada səhər idmanı - FOTO - VİDEO

ma 11

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: