WhatsApp Image 2026 07 03 at 17.33.05

“Fransada isti hava şəraitində ölüm hallarının sayında kəskin artım qeydə alınıb”.

Globalinfo.az xəbər verir ki, bu barədə Fransa Milli Səhiyyə Agentliyinin (SPF) hesabatında bildirilib.

Hesabata əsasən, 22-28 iyun 2026-cı il tarixlərində ölkədə bütün yaş qrupları və bütün səbəblər üzrə ümumilikdə 8 973 ölüm halı qeydə alınıb.

Bu, 15-21 iyun tarixlərində qeydə alınan 6 948 ölüm halı ilə müqayisədə 29,1 faiz və ya 2 025 nəfər çoxdur.

Qeyd olunub ki, ölüm hallarındakı artım əsasən 45 yaşdan yuxarı şəxslər arasında müşahidə edilib. Ümumi artımın 2001-i bu yaş qrupunun payına düşür.

Hesabatda bildirilir ki, ən çox əlavə ölüm halı İl-de-Frans regionunda qeydə alınıb. Burada sözügedən dövrdə 619 əlavə ölüm faktı qeydə alınıb.

SPF artımı 17-28 iyun tarixlərində Fransada müşahidə olunan qeyri-adi isti hava şəraiti ilə əlaqələndirib.

Globalinfo.az

Paylaş: