fatime 11

Ukraynanın Xarkov şəhərində həlak olan Fatimə Hüseynova dəfn olunub.

Globalinfo.az Bolgetv.com-a istinadən xəbər verir ki, Fatimə Kürdəmir rayonunun Ərəbqubalı kəndində son mənzilə yola salınıb.

Xatırladaq ki, o, Rusiya ordusunun endirdiyi zərbələr nəticəsində Xarkov şəhərində həyatını itirmişdi.

Məlumata görə, Fatimə Hüseynova Xarkov Tibb Universitetinin 6-cı kurs tələbəsi olub və diplom almaq məqsədilə Azərbaycandan Xarkova gedibmiş.

Paylaş: