
“Ermənistanın Avropa İttifaqı (Aİ) ilə assosiasiya sazişinin imzalanmasından imtina edəcəyini istisna edirəm. Xüsusilə də indi, xalq siyasətimizə açıq şəkildə dəstək verdiyi bir vaxtda bu mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə birgə mətbuat konfransında bildirib.
“Biz heç vaxt Ermənistanla Rusiya arasındakı münasibətlərdə böhran yaratmaq kimi bir məqsəd qoymamışıq, indi də belə bir məqsədimiz yoxdur və gələcəkdə də olmayacaq.
Ölkəmizin maraqları çərçivəsində fəaliyyət göstəririk və təbii ki, beynəlxalq tərəfdaşlarımızdan heç birinin maraqlarını nəzərə almazlıq etmirik. Amma eyni zamanda heç bir digər tərəfdaşın maraqlarını Ermənistanın maraqlarından üstün qoya bilmərik,” – deyə Paşinyan əlavə edib.
Safura Bənnayeva
Globalinfo.az