
Rusiyada miqrantların xaricə göndərdikləri pul köçürmələrinin vergiyə cəlb olunması ilə bağlı yeni təşəbbüs irəli sürülüb.
Globalinfo.az xəbər verir ki, Rusiya Dövlət Dumasında müzakirəyə çıxarılan təklifə əsasən, miqrantların ölkədə qazandıqları və ailələrinə göndərdikləri vəsaitdən 3 faiz vergi tutulması nəzərdə tutulur.
Məlumata görə, ötən il Rusiyadan Qırğızıstana 3,2 milyard dollar, Özbəkistana 15 milyard dollar, Tacikistana isə 7–9 milyard dollar həcmində pul köçürülüb:
“Hazırda bu iri həcmli pul köçürmələrindən dövlət büdcəsi heç bir gəlir əldə etmir, əsas qazancı isə yalnız banklar və ödəniş sistemləri komissiya şəklində götürür”.
Safura Bənnayeva
Globalinfo.az