qarabag 5

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 1900-ü keçib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi ölkənin Milli Assambleyasının (parlament) spikeri Xorxe Rodrigezə istinadən məlumat yayıb.

Məlumata əsasən, Rodrigez ölənlərin sayının 1943 olduğunu, daha 10571 nəfərin isə yaralandığını bildirib.

Qeyd edək ki, iyun 24-də axşam saatlarında Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 ilə 7,5 bal gücündə iki silsilə təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində bir-birindən 10 km məsafədə yerləşib.

Paylaş: