Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkəsi İsrail hökumətinin qondarma “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarına rəsmi reaksiya verməyi zəruri hesab etmir.
Globalinfo.az xəbər verir ki, Paşinyan bu barədə hakim Vətəndaş Müqaviləsi Partiyası İdarə Heyətinin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən danışıb.
Baş nazirə Ermənistanın İsrail hökumətinin qərarı ilə bağlı rəsmi mövqe açıqlayıb-açıqlamayacağı haqda sual ünvanlanıb. O isə buna ehtiyac görmədiyini bildirib.
“Ölkəmizin maraqları baxımından bu məsələnin siyasiləşdirilməsi prosesinə qoşulmamaq daha məqsədəuyğundur”, – deyə Paşinyan vurğulayıb.
O əlavə edib ki, Ermənistan bu mövzunun siyasi alətə çevrilməsində maraqlı deyil.
Əliyar Xəlil