Azərbaycanın mərhum səhiyyə naziri Oqtay Şirəliyevin ailəsinə məxsus olan Respublika Diaqnostika Mərkəzinin baş həkimi dəyişib.

Globalinfo.az bildirir ki, Ölkə.az-ın əldə etdiyi xəbərə görə, xəstəxananın baş həkimi, tibb elmləri namizədi Könül Xəlilova vəzifəsindən azad olunub.

O, 2016‑cı ildən bu postda çalışırdı.

Respublika Diaqnostika Mərkəzinə yeni baş həkim də təyin olunub. İmzalanan müvafiq əmrə əsasən, bu vəzifəyə mama-ginekoloq Nigar Axundova gətirilib. O, son təyinatadək Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti işləyib.

Xatırladaq ki, “Respublika Diaqnostika Mərkəzi” ASC 2004-cü ildə dövlət qeydiyyatına alınıb. Mərkəzə əvvəllər keçmiş səhiyyə naziri Oqtay Şirəliyev rəhbərlik edib. O, 2025-ci il oktyabrın 3-də dünyasını dəyişib. Hazırda mərkəzin baş direktoru Rəşid Vəzirovdur.

1782713084 whatsapp image 2026 06 29 at 09.27.29 3

Nigar Axundova

1782713059 whatsapp image 2026 06 29 at 09.27.29 2

Könül Xəlilova

Paylaş: