eli esedov

Nazirlər Kabineti Azərbaycanda 2026-cı il üçün ərzaqlıq buğdanın dövlət tədarük qiymətini 400 manat/ton olaraq müəyyən edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

Sərəncama əsasən, bu, 2025-ci illə müqayisədə eynidir.

Xatırladaq ki, Prezident İlham Əliyevin “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” 19 iyul 2022-ci il tarixli fərmanına görə, əsasən müasir suvarma sistemlərinin tətbiq edildiyi təsərrüfatlarda istehsal olunmuş, Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilmiş ərzaqlıq buğdanın hər tonuna görə istehsalçılara 100 manat məhsul subsidiyası ödənilir.

X X X

Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımaları həyata keçirən daşıyıcılarla bağlanılan avtomobil nəqliyyatı xidməti haqqında müqavilənin şərtləri”ni təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, müqavilənin predmetini parametrləri bu Müqaviləyə və onun əlavələrinə uyğun olan marşrutlar üzrə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarında məsafə əsaslı avtomobil nəqliyyatı xidmətinin yerinə yetirilməsi təşkil edir.

Paylaş: