Amerikanın kəşfiyyat təyyarəsi “Bombardier Challenger 650 Artemis II” Qara dənizin neytral suları üzərində görünüb.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS Avropadakı hava hərəkətinə nəzarət xidmətlərindəki mənbəyə istinadla məlumat yayıb.
“Rumıniyanın Konstansa şəhərində daimi bazalanan təyyarə yenidən Qara dənizin neytral suları üzərində işləyir, akvatoriya boyunca qərbdən şərqə və geri uçuşlar həyata keçirir”, – deyə bildirilib.
Məlumata görə, təyyarə təxminən 9,5 km hündürlükdə uçur, mülki aviasiya üçün müəyyən edilmiş marşrutlardan kənarda hərəkət edir və sahilyanı ölkələrin heç birinin hava məkanına daxil olmur.
Qeyd olunub ki, adətən “Bombardier Challenger 650 Artemis II” yalnız iş günlərində uçuşlar həyata keçirir.
Əliyar Xəlil
Globalinfo.az