WhatsApp Image 2026 06 27 at 15.01.37

Avropada havaların isti keçməsi qitənin müxtəlif bölgələrində yaşayan əhalini çətin vəziyyətə salıb. 

Globalinfo.az xəbər verir ki, xüsusilə Fransada havanın temperaturunun 39-43 dərəcəyə qədər qalxdığı bildirilir.

Məlumata görə, istilər səbəbilə artıq 3 nəfər həyatını itirib. Sərinləmək üçün su hövzələrində üzən 55 nəfər də boğularaq ölüb. Həmçinin Böyük Britaniya, Almaniya, İspaniya, Çexiya və digər ölkələrdə də yüksək temperatur müşahidə olunur. Ekspertlər bunun səbəbini qlobal istiləşmə ilə izah edirlər. Əvvəllər Avropada belə hava şəraitinin qeydə alınmadığı, ölkələrin bu dərəcədə istiyə hazır olmadığı bildirilir.

Xüsusilə Fransada hava ilə bağlı ən yüksək səviyyədə xəbərdarlıq elan edilib, məktəblər bağlanıb, insanlara gündüz vaxtı küçələrdə çox vaxt keçirməmək tövsiyə olunub. İstilik dərəcəsənin hətta 45-ə qədər yüksəldiyi deyilir.

Sözügedən ölkələrdən olan insanlar evlərin əksəriyyətinin soyuğa davamlı şəkildə hazırlandığını, daşdan və hava axınının cüzi olacaq şəkildə tikildiyini, pəncərələrin də kiçik olduğunu bildirirlər. Bununla Avropa əhalisi daha çox soyuq qış günlərinə önləm almaq üçün hazırlaşır. İsti yay günlərində isə adətən sadəcə pəncərəni bağlayıb Günəş işığının evə daxil olmasının qarşısını almaqla otaqların nisbətən sərin temperaturda qalmasına nail olublar. Beləliklə evlərin və məkanların əksəriyyətində sərinlədicilər elə də çox istifadə edilmədiyi üçün yoxdur.

Fransada artıq insanlar pəncərələrə Günəşin qarşısını kəsən və istiliyi ötürən xüsusi kağızlar yapışdırmağa başlayıblar. Ölkə əhalisi dəniz kənarlarına, çaylara axın edərək sərinləməyə çalışırlar.

Avropada yaşayan azərbaycanlılar da sosial şəbəkələrdə paylaşım edərək ciddi istilərin müşahidə olunduğunu və insanlaın gündəlik həyatına çətinliyin yarandığını bildirirlər.

Birləşmiş Millətlər Təşkilatı və Avropa hökumətlərinin qlobal istiləşmənin yaratdığı fövqəladə vəziyyətlə bağlı tədbirlərin görülməsi üçün müzakirə apardığı bildirilir.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: