leqo 0

“Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsinin Azadlıq prospekti ilə kəsişməsində yol çökməsi baş verməyib.”

Globalinfo.az bildirir ki, bu məlumatı Oxu.Az-a açıqlamasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli deyib.

“Ərazidə “Aztelekom” MMC-yə məxsus rabitə kommunikasiya xəttinin baxış qapağında çökmə qeydə alınıb. Məsələ ilə bağlı aidiyyəti quruma tərəfimizdən operativ məlumat verilib və problemin qısa müddətdə aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsi xahiş olunub”, – deyə A.Nəcəfli vurğulayıb.

***13:23

Binəqədi rayonu ərazisində yolun çökməsi nəticəsində yaranan çuxur sürücülərin narazılığına səbəb olub.

Globalinfo.az xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə paylaşılıb.

Şikayətçi bildirib ki, hadisə S.S.Axundov küçəsində qeydə alınıb. Belə ki, lükün ətrafında asfalt örtüyü çöküb və nəqliyyat vasitələri üçün ciddi təhlükə, qəza şəraiti yaranıb. Buna baxmayaraq, ərazidə heç bir xəbərdaredici nişan quraşdırılmayıb.

Məsələ ilə bağlı Oxu.az aidiyyəti üzrə sorğu ünvanlayıb.

Paylaş: