BFBJELQSLVPRXAVNQ3ZLHUFGJU 2

Burkina Faso hökuməti Fransa ilə diplomatik münasibətləri rəsmi şəkildə dayandırdığını açıqlayıb.

Globalinfo.azReuters”ə istinadla xəbər verir ki, bu barədə ölkə hökuməti dövlət televiziyası vasitəsilə məlumat yayıb.

Məlumata görə, qərar iyunun 26-dan qüvvəyə minib.

Burkina Fasonun rabitə naziri Jilber Uedraoqonun sözlərinə görə, iki ölkə arasında qarşılıqlı hörmət, etimad, daxili işlərə qarışmamaq və milli suverenliyə hörmət prinsiplərinə əsaslanan münasibətlər üçün zəruri şərtlər artıq mövcud deyil.

Nazir həmçinin Fransanı ölkədə təxribatçı şəbəkələri və terrorçu qrupları dəstəkləməkdə ittiham edib.

Fransa Xarici İşlər Nazirliyi isə hələlik məsələ ilə bağlı açıqlama verməyib. Paris daha əvvəl də bu cür ittihamları qəti şəkildə rədd edib.

Qeyd edək ki, Burkina Faso son on ildə qonşu Malidən yayılan silahlı islamçı qruplaşmaların hücumları ilə üzləşir. Bu müddətdə minlərlə insan həlak olub, milyonlarla sakin isə doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: